Bakıda parkda ağacları kəsib, yerində kafe salırlar - FOTO

Bakıda parkda ağacları kəsib, yerində kafe salırlar - FOTO
16:12 24 İyul 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Badamdar qəsəbəsi Neftçilər küçəsi 7 ünvanında yaşayan sakinlər şikayət edib.

Milli.Az xəbər verir ki, azxeber.com-a müraciət edən şikayətçilər yaşadıqları binanın qarşısında bir neçə il bundan öncə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən salınan istirahət parkının bir qrup şəxs tərəfindən bərbad vəziyyətə saldığını bildiriblər: "Deməli, vaxtı ilə Fizuli rayonundan olan şəhid ailəsinə köməklik məqsədilə parkın içində balaca bir dükanın fəaliyyətinə icazə verilmişdi. Lakin dükanın sahibi Həqiqət xanım isə sonradan buranı qanunsuz olaraq kafe kimi işlətməyə başladı. Əslində heç kafe də demək olmaz. Nə olduğu tam bəlli deyil. Qəhvəxana yoxsa kafe olduğunu biz də tam olaraq bilmirik. Çünki dəfələrlə kişi-qadınların qeyri-etik davranışlarının şahidi olmuşuq. Sərxoşlar və s. həmişə bizi narahat edib, rahatlığımıza manə olub. Onların səs-küyü, söyüşləri, qeyri-etik davranışları evimizin içinə qədər ayaq açıb. Kafenin fəaliyyətindən yaranan tüstü və s. də evimizin içindədir. Axı kafe ilə pəncərəmiz arasnda məsafə çox qısadır. Həm də natəmizlik hökm sürür. Nəticə olaraq parkdan səmərəli istifadə edə bilmirik.

Bütün bu biabırçılıqlar az imiş kimi Həqiqət xanım öz "həqiqət"lərini genişləndirmək planı hazırlayıbmış. Kafeni daha da böyütmək məqsədilə bir neçə gündür ki, parkın xeyli hissəsi hasarlanıb. Hasarlanan hissədə ağaclar da var. Hətta bir müddət öncə naməlum şəxlər tərəfindən çoxəsirlik zeytun ağacları da kəsilmişdi.

Deyilənə görə ikimərtəbəli kafe tikiləcək. Əvvəlki balaca kafenin verdiyi narahatlığı göz önünə alsaq "yeni plan"ın nələrlə nəticələnəcəyini proqnozlaşdırmaq elə də çətin deyil. Onsuz da narahat idik. İndi isə daha çox narahatıq. Pəncərənin də yaxınlığında kafe olar?

Bu gün ölkəmizdə genişmiqyaslı quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Və biz bundan çox razıyıq. Amma kimlərsə bu işə kölgə salmaq istəyir. Aidiyyatı qurumların məsələni diqqətdə saxlamasını xahiş edirik. Onsuz da məsələylə bağlı prezidentə məktub ünvanlayacayıq".

Sakinlərin hadisə yerindən çəkdiyi fotoları təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR