Azərbaycanda yanacaqdoldurma məntəqələrində YENİLİK

Azərbaycanda yanacaqdoldurma məntəqələrində YENİLİK
16:12 24 İyul 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda böyük yanacaqdoldurma məntəqələri kontaktsız ödənişlər qəbul edəcək".

Milli.Az xəbər verir ki, bunu Trend-ə maliyyə bazarındakı mənbə deyib.

Mənbə qeyd edib ki, hazırda YDM-lər bank kartları vasitəsilə ödəniş qəbul edən POS-terminallardan istifadə edirlər: "Lakin artıq alınmış yanacağa görə ödənişi kontaktsız kartlar vasitəsilə də həyata keçirmək mümkün olacaq. Burada söhbət "PayPass" kontaktsız ödəmələrdən gedir. Kontaktsız ödəmələrin YDM-lərdə tətbiqinin məqsədi nəğdsiz ödənişin dövriyyəsini, həmçinin istifadəçilərin rahatlığını artırmaqdır".

Qeyd edək ki, kontaktsız ödəmə texnologiyalı bank kartları "Visa" və "MasterCard" beynəlxalq ödəmə sistemləri tərəfindən buraxılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR