"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə

"Başakşəhər"in ilk sınağı, azərbaycanlı hakimlər Buxarestdə
16:12 24 İyul 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsində ilk oyunlara start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün ərzində 15 qarşılaşma baş tutacaq. 

Bunlardan 10-u Çempionlar yolu çərçivəsində keçiriləcək. Öz ölkəsində qızıl medallar qazanan komandalar pley-offa vəsiqələr üçün mübarizə aparacaq. Növbəti mərhələdə bir-biri ilə qarşılaşacaq klublar həm də potensial rəqiblərini tanıyacaq.

Azərbaycan çempionu "Qarabağ" Moldova "Şerif"i ilə ilk matçı evdə keçirəcək. Ağdamlıların mərhələ keçəcəyi halda qalibləri ilə üz-üzə gələcəyi cütlərdən bəziləri daha çox maraq doğurur. "Slaviya" ilə "BATE", "Partizan"la "Olimpiakos" arasındakı duellər ilk oyun gününə xüsusi rəng qatacaq. Ertəsi gün isə "Astana"nın "Legiya", "Zalsburq"un "Riyeka", "Vitorul"un "APOEL", "Kopenhagen"in "Lüdoqorets"lə görüşləri təxminən bərabər səviyyəlilərin qarşılaşması kimi dəyərləndirilir.
 
Liqa yolunda çıxış edən klublar daha güclü olduğundan buradakı 5 görüş daha çox izləyicinin diqqətini çəkəcək. Sabah baş tutacaq "Styaua" - "Viktoriya" matçı həm də onunla maraq doğurur ki, Buxarestdəki qarşılaşmada Əliyar Ağayevin başçılıq etdiyi azərbaycanlı hakimlər briqadası ədaləti qoruyacaq. Ertəsi gün isə Türkiyə təmsilçisi "Başakşəhər" meydana çıxacaq. Qonşularımız səfərdə "Brügge" ilə görüşəcək. Bu, komandanın qitənin ən nüfuzlu klub turnirində debütü olacaq. "Ayaks"la "Nitsa" arasında oyun isə Liqa yolunun ən maraqla gözlənilən dueli sayılır.

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi
 
25 iyul
Çempionlar yolu
21:00. "Qarabağ" (Azərbaycan) - "Şerif" (Moldova)
21:00. "Slaviya" (Praqa, Çexiya) - BATE (Belarus)
22:00. "Kopenhagen" (Danimarka) - "Vardar" (Macarıstan)
22:45. "Partizan" (Serbiya) - "Olimpiakos" (Yunanıstan)
Liqa yolu
21:00. AEK (Yunanıstan) - MOİK (Moskva, Rusiya)
21:30. "Styaua" (Rumıniya) - "Viktoriya" (Çexiya)
 
26 iyul
Çempionlar yolu
18:00. "Astana" (Qazaxıstan) - "Legiya" (Polşa)
20:45. "Zalsburq" (Avstriya) - "Riyeka" (Xorvatiya)
21:00. "Hapoel" (Beer Şeva, İsrail) - "Ludoqorets" (Bolqarıstan)
22:00. "Vitorul" (Rumıniya) - APOEL (Kipr)
22:20. "Maribor" (Sloveniya) - "Hafnarfyordur" (İslandiya)
22:45. "Seltik" (Şotlandiya) - "Rusenborq" (Norveç)

Liqa yolu
20:30. "Dinamo" (Kiyev, Ukrayna) - "Yanq Boyz" (İsveçrə)
22:45. "Nitsa" (Fransa) - "Ayaks" (Hollandiya)
23:00. "Brügge" (Belçika) - "Başakşəhər" (Türkiyə)

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR