"Kurtlar Vadisi"nə daha bir rəqib - Türk telekanallarında bir ilk - VİDEO

"Kurtlar Vadisi"nə daha bir rəqib - Türk telekanallarında bir ilk - VİDEO
16:37 24 İyul 2017
96 Şou
Ölkə mətbuatı
A- A+

"Dağ II" filminin ssenari müəllifi və rejissoru Alper Çağların yeni layihəsi "Börü" serial sahəsinə yeni bir format gətirir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Star TV-dən verilən açıqlamaya görə, serial 1 saatlıq 6 seriyadan ibarət olacaq və böyük finalı film kimi kinoteatrda nümayiş olunacaq.

Payız aylarında Star TV-də yayımlanacaq ekran işinin filmi isə 2018-ci ilin payızında kinotearlarda olacaq.

"Börü"nün baş rollarında "Dağ" filmində çəkilən bəzi aktyorlar da daxil olmaqla, Mesur Akusta, Ahu Türkpençe, Serkan Çayoğlu, Emir Benderlioğlu, Fırat Doğruloğlu, Murat Arkın, Ahmet Pınar, Can Nergis və sair məşhurlar var. Artıq serialın ilk treyleri yayımlanıb.

Qeyd edək ki, serialın bu payız "Kurtlar Vadisi Pusu"ya əsas rəqib olacağı deyilir. Ekran işinin mövzusu son zamanlar Türkiyədə baş vermiş siyasi hadisələr olacaq. Bundan başqa ekranlarda "Söz", "İsimsizler" kimi əsgər serialları da var.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/566181.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR