Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb

Tovuzda ağır qəza: ana ölüb, 3 övladı xəsarət alıb
16:44 24 İyul 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
APA-nın qərb bürosunun verdiyi məlumata görə, yolun Tovuz rayonu Əyyublu kəndi ərazisində “QAZel” markalı yük avtomobili ilə “Ford” markalı minik avtomobili toqquşub.
 
Nəticədə “Ford”un sərnişini, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Həsənova Sevda Tapdıq qızı dünyasını dəyişib. Onun övladları - 1995-ci il təvəllüdlü Cəfərova Gülnarə Elsevər qızı, 1997-ci il təvəllüdlü Cəfərova Maniyə və 2012-ci il təvəllüdlü Cəfərov Rəsul, habelə qayını, avtomobili idarə edən Cəfərov Aytəkin İsrail oğlu müxtəlif bədən xəsarətləri alıblar. Onlar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279864

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR