"JPMorgan": OPEC+ anlaşmasının pozulma riski var

"JPMorgan": OPEC+ anlaşmasının pozulma riski var
16:47 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ OPEC+ anlaşmasının pozulma ehtimalı riski yaranıb. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə proqnoz ABŞ-ın nüfuzlu "JPMorgan" bankının hesabatında yer alıb. 
Hesabatda bildirilir ki, OPEC+ anlaşması "domino effekti" ilə dağıla bilər. Buna səbəb kimi isə anlaşmadan azad edilən dövlətlərin digər ölkələrin hasilatı azaltması hesabına yaşaması amili göstərilib. Qeyd olunur ki, tez və ya gec bu amil ümumi nizam-intizamı pozacaq və neft hasilatı bütün istehsalçı ölkələrdə artmağa başlayacaq.
Bu səbəbdən "JPMorgan" 2018-ci il üçün neft qiymətləri üzrə proqnozunu 45 dollar/barelə qədər endirə biləcəyini bildirib. Hələlik isə 45-50 dollar/barel diapazonu baza variantı kimi qəbul edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/jpmorgan-opec-anlasmasinin-pozulma-riski-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR