Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb

Pakistanda partlayış olub, 24 nəfər ölüb, 32 nəfər yaralanıb
16:57 24 İyul 2017
60 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Lahor şəhərində törədilən partlayış nəticəsində 24 nəfər ölüb, 32 nəfər yaralanıb.
“Report” “GeoTV”yə istinadən xəbər verir ki, bunu polis idarəsindən bildiriblər.
Partlayış texnoparkın yaxınlığındakı bazarda baş verib.
Polis idarəsindən bildirilib ki, partlayışı intiharçı-kamikadze törədib. 
Məlumata görə, 32 yaralıdan 11-nin vəziyyəti ağırdır. Ölənlərdən azı 3-ü polis əməkdaşıdır. Yaralılar arasında da asayiş keşikçiləri var. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/pakistanda-partlayis-olub-24-nefer-olub-32-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR