"Qəbələ" ilə oyun öncəsi Afina klubunda itkilər var

"Qəbələ" ilə oyun öncəsi Afina klubunda itkilər var
17:27 24 İyul 2017
68 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panathinaikos"da heyətlə bağlı problemlər var.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Afina klubu iyulun 27-də keçiriləcək oyunda 2 oyunçunun xidmətindən məhrum olub.  Bunlar  argentinalı yarımmüdafiəçi Lukas Villafanez və yenicə əməliyyat edilən Yunanıstan millisinin müdafiəçisi Giorgos Kutroubisdir. Hər iki futbolçu fərdi məşqlərlə kifayətlənir. 

Komandanın kapitanı Zekanın durumu düzəlməkdədir.. Virusa yoluxan Portuqaliya əsilli yarımmüdafiəçinin vəziyyəti getdikcə yaxşılaşır. Klubun həkimləri Yunanıstan millisinin üzvünün "Qəbələ" ilə görüşdə məşqçilər korpusunun ixtiyarında olacağını açıqlayıblar. "Qəbələ" "Panathinaikos"la ilk oyununu iyulun 27-də səfərdə keçirəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR