Azərbaycan vətəndaşları Türkiyədə ev alan xaricilər arasında yenə də TOP-10-dadır

Azərbaycan vətəndaşları Türkiyədə ev alan xaricilər arasında yenə də TOP-10-dadır
17:27 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Azərbaycan vətəndaşları 333 mənzil alışı ilə bu ilin yanvar-iyun ayları ərzində Türkiyədə ev alan xarici vətəndaşların sıralanmasında İraq (1 645), Səudiyyə Ərəbistanı (1 517), Küveyt (798), Rusiya (600), Əfqanıstandan (524) sonra 6-cı yerdə qərarlaşıb.
“Report” bu barədə Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir.
Azərbaycan vətəndaşlarına bu ilin yanvar ayında 54, fevralda 55, martda 50, apreldə 65, mayda 63 və iyunda 46 ədəd ev satışı həyata keçirilib. Qeyd edək ki, 2016-cı ilin ilk altı ayı ərzində isə Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 336 ev alınıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycan-vetendaslari-turkiyede-ev-alan-xariciler-arasinda-yene-de-top-10-dadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR