Aİ ölkələri “5G” şəbəkəsinin inkişafı üçün bəyannamə imzalayıblar

Aİ ölkələri “5G” şəbəkəsinin inkişafı üçün bəyannamə imzalayıblar
17:35 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Avropa İttifaqının 28 ölkəsinin rabitə nazirləri beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yayılmasına istiqamətlənən bəyannamə imzalayıblar. Bu barədə Aİ Şurasının materiallarında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, sənəddə deyilir ki, niyyət bəyannaməsi gələcək “5G” standartları üçün ümumi bazanın yaradılmasını nəzərdə tutur.
 
Bəyannaməyə Aİ ölkələrinin şəbəkənin Avropada inkişafı üçün atmaq istədikləri bir sıra addımlar daxildir. Məsələn, söhbət radiotezliklər spektrini lazım olan saydan daha çox istifadəyə verilməsindən və onun əsas idarəetmə prinsiplərini gücləndirməkdən, “5G”-nin tədricən yayılmasından gedir. Aİ ölkələri ilkin mərhələdə şəbəkənin yayılması ilə bağlı ümumi məqsədə nail olmaqla ondan iri şəhər ərazilərində, eləcə də əsas nəqliyyat yolları yaxınlığında istifadəni inkişaf etdirəcəklər.
 
Bundan başqa, “5G”-nin qlobal uyğunluğunun saxlanılmasının zəruriliyi vurğulanır. “Standartlar rəqabət qabiliyyətinin və qlobal telekommunikasiya şəbəkələrinin uyğunluğunun təmini üçün birinci dərəcəli əhəmiyyətə malikdir”, - sənəddə qeyd olunur.
 
“5G” şəbəkəsi real vaxt rejimində saniyədə 10 giqabitdən çox sürətdə məlumat mübadiləsinə imkan verir. Bu, “4G” şəbəkəsindən 10 dəfə sürətlidir. Belə ki, texnologiya “HD” formatında üçsaatlıq filmi 1 saniyəyə yükləməyə imkan verəcək”, - Aİ Şurası sənədlərində bildirilir.
 
Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək. 
 
Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-49198-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR