Bakıda qanunsuz zibilxana yaranıb

Bakıda qanunsuz zibilxana yaranıb
18:05 24 İyul 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Qaynar xətt"inə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Kürdəxanı bağlar massivində yaşayan bir qrup sakin tərəfindən sözügedən ünvanda tullantıların qalaqlanması nəticəsində antisanitar vəziyyətin yaranması ilə bağlı şikayət daxil olub.

ETSN-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı məlum olub ki, son illər sözügedən əraziyə məişət tullantılarının daşınması nəticəsində qanunsuz zibilxana yaranıb. Faktla bağlı akt tərtib olunub, ərazidə mövcud zibilxananın yığışdırılaraq antisanitar vəziyyətin aradan qaldırılması və nəzarətin gücləndirilməsi barədə Kürdəxanı bələdiyyəsinə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.
 
Eyni zamanda, məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinə məktubla müraciət olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR