Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb

Zirə-Türkan avtomobil yolunun tikintisinə 3 milyon manat ayrılıb
18:07 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
"Report"un məlumatına görə, sərəncama əsasən, iyirmi dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/zire-turkan-avtomobil-yolunun-tikintisine-3-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR