"Adi kətan da geyinsəm, Elzalığım bilinəcək"

"Adi kətan da geyinsəm, Elzalığım bilinəcək"
18:12 24 İyul 2017
99 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan bahalı geyimləri ilə öyünən müğənniləri tənqid edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "ATV Maqazin 10-larla"ya açıqlamasında qarderobu ilə məşhur olan həmkarları haqda bunları deyib: 

"Repertuar genişləndirmirlər, qarderobu genişləndirirlər. Bəzi müğənniləri artıq yaxından tanıyıram. O paltarları onların əynində görəndə həmin libaslara elə yazığım gəlir ki... Deyirəm, ay Allah, gör bu paltarı kim daşıyır... Onun heç xəbəri yoxdur ki, o paltarı kəşf edən hansı insandır və necə əziyyətlər çəkib. 

Son zamanlar insanlar bir-birlərini aldatmağa çalışırlar. Bunun üçün də brend geyimlərə qaçırlar. Bahalı maşın, bahalı saat, bahalı telefon, bir-iki dənə də qarderob - bunlarla 10-15 insanı aldadırlar. Adi bir kətan da geyinsəm, yenə də Elzalığım bilinəcək. Orada da Elza olacağam. Bəziləri öz müsbət keyfiyyətlərini sadalamaq əvəzinə, geyindikləri libasların brendlərini sadalayırlar. Sanki bununla harasa qalxacaqlar, havada olacaqlar. O geyimlər olmasa, yerə düşürlər, qarpız kimi partlayırlar. 

Ümumiyyətlə belə baxanda, hər kəs brenddir: Çin brendləri var, Elza Seyidcahan var".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/566076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR