Ürəyi 3 dəfə dayanan aparıcı: "Bakıda olsaydım, bu gün 7 mərasimim idi..." - FOTO

Ürəyi 3 dəfə dayanan aparıcı: "Bakıda olsaydım, bu gün 7 mərasimim idi..." - FOTO
18:12 24 İyul 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda olsaydım, bu gün 7 mərasimim idi". Bu sözlər tanınmış model və aparıcı Tunay Əliyevaya məxsusdur.

Milli.Az xəbər verir ki, ötən həftə komaya düşən Tunay oxu.az-a açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini dedi:

"Düz bir həftə öncə üç dəfə ürəyim dayandı, özü də ad günümdə. Məni ayağa qaldırmağa Türkiyə həkimlərinə cəmi 3 gün vaxt lazım oldu. Azərbaycan həkimləri inciməsin, Bakıda olsaydım, bu gün 7 mərasimim idi. Bir həftə keçib, mən artıq manikürə gəlmişəm".

Aparıcı komaya düşməsinin səbəbini də açıqlayıb: "Üç ay idi ki, vegetarian olmuşdum və onunla bərabər ağır dietadaydım. Arıqlamaq istəyirdim. Qanım çox düşübmüş və üstəlik, çox ağır bir stres yaşadım. Təzyiqim gün ərzində dəfələrlə 20-yə düşürdü və nəhayət, sonu xəstəxana oldu. Əsas odur ki, indi sağlamlığıma qovuşdum". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR