Azərbaycanda keçiriləcək voleybol üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb

Azərbaycanda keçiriləcək voleybol üzrə Avropa çempionatının biletləri satışa çıxarılıb
19:37 24 İyul 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Qadın voleybolçular arasında Azərbaycanda keçiriləcək Avropa çempionatının biletləri bu gündən satışa çıxarılıb.
Azərbaycan Voleybol Federasiyasından “Report”a verilən məlumata görə, biletlərin qiyməti 3 - 5 manat arasında dəyişir.
Açılış matçı, yarımfinal və medallar uğrunda oyunların biletləri 5 manat təşkil edir. Bir şəxs maksimum 10 bilet ala bilər.
Biletləri ASAN-1, ASAN-2, ASAN-3, ASAN-4, ASAN-Sumqayıtdan, Heydər Əliyev Sarayından, Nizami küçəsi və Bülbül prospektinin kəsışməsindən, Hökümət Evinin, “Azərbaycan” kinoteatrının yanından, “Gənclik Mall” və “28 Mall”da yerləşən “iTickets” köşklərindən əldə etmək olar.
Qeyd edək ki, 2017-ci il Avropa çempionatı 22 sentyabr - 1 oktyabrda keçiriləcək.

Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycanda-kecirilecek-voleybol-uzre-avropa-cempionatinin-biletleri-satisa-cixarilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR