Ətin xarab olduğunu göstərən ƏLAMƏTLƏR

Ətin xarab olduğunu göstərən ƏLAMƏTLƏR
19:47 24 İyul 2017
Ölkə mətbuatı
A- A+

Xüsusilə ət kimi məhsulları təzə-təzə alıb bişirmək olduqca vacibdir. Saxlanılan ət xarab olur və bilinmədən yeyildikdə zəhərlənmələrə yol açır. Bəs xarab əti necə tanımaq olar? Milli.Az ailem.az-a istinadən bunun bir neçə yolunu açıqlayır.

Ətin rənginə baxın

Ətin təzə, yaxud xarab olduğunu bilməyin ən asan yolu onun rənginə baxmaqdır. Təzə ət qırmızı və parlaq olur. Əgər ət saxlandıqdan sonra rəngi bənövşəyi olmağa başlayırsa, bu, onun köhnəldiyini göstərir. Üzərində yaşıl və qara nöqtələr varsa, bu, ət artıq xarab olub deməkdir.
 
Qoxusuna diqqət edin
 
Ətin yararsız olduğunun ən bariz göstəricisi qoxusudur. Xüsusilə xarab yumurta qoxusu və ya turş bir dad varsa, həmin ətdən istifadə etmək olmaz.  
 
Əldə yapışıqlıq hissi yaradırsa...
 
Əgər əti əlinizə aldıqda yapışqanlıq hiss edirsinizsə, deməli, ət xarab olub.
 
Bişdikdən sonra...
 
Təzə ət diri və yumşaq olur, bişdikdən sonra asanlıqla ağızda əriyir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR