“Şerif”in baş məşqçisi: “Bakıda heç-heçə oynamaq də bizi qane edəcək”

“Şerif”in baş məşqçisi: “Bakıda heç-heçə oynamaq də bizi qane edəcək”
19:57 24 İyul 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ İyulun 25-də futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ” komandası ilə qarşılaşacaq Moldova təmsilçisi “Şerif”in baş məşqçisi Roberto Bordin Bakıda mətbuat konfransı keçirib. “Report”un məlumatına görə, italiyalı mütəxəssis yerli jurnalistlərin suallarını cavablandırıb.
- “Qarabağ”ı cütün favoriti saymaq olar?
- İlk oyunu evdə oynamağı “Qarabağ”ın üstünlüyüdür. Bakıda heç-heçə oynamaq də bizi qane edəcək.
- Rəqibiniz barədə nə deyə bilərsiniz?
- "Qarabağ" çox güclü komandadır. Topla oynamağı yaxşı bacarırlar. Oyunçuları fərdi şəkildə qeyd etmək istəməzdim.
- Rəqibə sürpriziniz var?
- Bunu sabah görəcəyik (gülür)
- Adətən, rəqiblər Bakıdakı isti hava şəraitindən şikayətlənirlər?
- Tiraspolda da isti havada oynayırıq. Belə olsa, hər iki komanda üçün çətinlik yarada bilər. Bildiyimiz qədər sabah hava küləkli olmalıdır.
- Ölkə çempionatının sonuncu turunda heç-heçə etməyiniz bu matça mənfi təsir edəcək?
- Son dəqiqələrdə qol buraxdıq. Lakin bu “Qarabağ”la oyuna təsir göstərməyəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bakida-hec-hece-oynamaq-de-bizi-qane-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR