Mağazaya daxil oldu, avtomobili oğurlandı

Mağazaya daxil oldu, avtomobili oğurlandı
20:12 24 İyul 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda oğurluq hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı rayon sakini İsgəndər Məmmədov idarə etdiyi 10-GJ-510 dövlət nömrə nişanlı ağ rəngli VAZ 21015 markalı minik avtomobilini mağazanın qarşısında saxlayaraq içəri daxil olub.

O, alış-veriş etdikdən sonra avtomobilinin naməlum şəxs tərəfindən oğurlandığını görüb. İ. Məmmədov hadisə barədə dərhal İsmayıllı rayon Polis Şöbəsinə məlumat verib. Hazırda İsmayıllı və ətraf rayonların polis əməkdaşları avtomobilin tapılması üçün əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
 
Sahibkar İsgəndər Məmmədovun İsmayıllı rayonunda yeməkxana işlətdiyi bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/566271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR