"Şerif"in baş məşqçisi: "Bu hər iki komanda üçün prolemdi"

"Şerif"in baş məşqçisi: "Bu hər iki komanda üçün prolemdi"
20:17 24 İyul 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ" güclü komandadı. Bizi çətin oyun gözləyir. Rəqib topla oynamağı yaxşı bacarır". Fanat.Az xəbər verir ki, bu sözləri "Şerif"in baş məşqçisi Roberto Bordin deyib.


Moldova klubu sabah Çempionlar Liqaının III təsnifat mərhələsi çəriçvəsində "Qarabağ"üın qonağı olacaq. Rəqibin baş məşqçisi bu gün Bakıda keçirdiyi mətbuat konfransında oyunla bağlı fikirlərini bildirib: "İlk oyunu evdə oynaması "Qarabağ"ın üstünlüyüdü. Bakıda bizi heç-heçə də qane edəcək".


Roberto Bordin havanın isti olmasından şikayətlənməyib: "Biz Tiraspolda da isti havada oynayırıq. Hava isti olacaqsa, bu hər iki komanda üçün prolemdi. Ancaq bildiyimə görə sabah hava küləkli olacaq".


Heyətdə heç bir əskiyin olmadığını bildirən rəqibin çalışdırıcısı "Qarabağ"a sürpriziniz var" sualına belə cavab verib: "Sürprizlər əvvəlcədən deyilmir. Bunu sabah görəkəcəksiniz (gülür)".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quoterifquotin-ba-mqcisi-quotbu-hr-iki-komanda-ucun-prolemdiquot-t59501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR