Səyyar ASAN qatar Siyəzəndə vətəndaşlara xidmət göstərəcək

Səyyar ASAN qatar Siyəzəndə vətəndaşlara xidmət göstərəcək
20:47 24 İyul 2017
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 24 iyul. REPORT.AZ/ Səyyar ASAN qatar iyulun 24-dən avqustun 7-dək Siyəzən rayonunda vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən məlumata görə, həmçinin, səyyar avtobuslar 28 iyuladək Xaçmaz şəhərində, 31 iyuldək İsmayıllı və Lerik rayonlarında, 29 iyuldək Ağstafa, Saatlı və Gədəbəy şəhərlərində, 27 iyuldək Tərtər şəhərində, 31 iyul tarixinədək isə Abşeron rayonunun Digah qəsəbəsində vətəndaşların xidmətində olacaq.
Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Xəbərin orijinal ünvanı: https://report.az/cemiyyet/seyyar-asan-qatar-siyezende-vetendaslara-xidmet-gosterecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR