Türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO

Türkiyəli müğənni xəstəxanalıq oldu - FOTO
21:37 24 İyul 2017
115 Maraqlı
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni Reyhan Karaca dünən axşam saatlarında hamamda pisləşərək huşunu itirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, yaxın dostları tərəfindən xəstəxanaya aparılan sənətçiyə ilkin olaraq infarkt diaqnozu qoyulub. Daha sonra isə onun kəskin stress içində və yorğun olduğuna görə immunitetinin zəiflədiyi ortaya çıxıb. 

Kiçik yaşlarında "spastik kolon" ürəkgetmə xəstəliyinə tutulan Karaca müayinələrdən sonra bu gün səhər evə buraxılıb. 

Qeyd edək ki, R. Karaca ötən gün İnstaqram hesabında Orhan Gencebay və xanımı Sevim Emre ilə olan şəklini paylaşıb. Fotoda azərbaycanlı millət vəkili Qənirə Paşayeva da yer alıb. O, Paşayeva ilə tək şəklini də sosial şəbəkə hesabına yerləşdirib.

Şəkildə olduqca sağlam görünən sənətçinin anidən pisləşməsi onu sevənləri həyəcanlandırıb. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR