"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO

"Gəldik ki, yanğınsöndürənlər yaxınlaşa bilmir" - Xaçmazda yanan bazarın görüntüləri - VİDEO - FOTO
21:57 24 İyul 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz şəhərindəki mərkəzi bazarda yanğın olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Zərərçəkənlər yhadisənin yaxınlıqdaki məişət tullantılarının yandırılması nəticəsində baş verdiyini bildirib. Həmin tullantılardan başlayan yanğın əvvəlcə ticarət köşklərinə, oradan isə qarşıdakı mağazalara keçib.

Gülnarə Həsənova - Zərərçəkən: "Səhər-səhər fəhlələr görüb. Köşklərin arxasında zibil yanıb, oradan da yana yana keçib bizim obyektlərə. Aptek yanıb, digər mağazalar yanıb".

Arif Abramov - Zərərçəkən: "Gəldik gördük ki, yanğınsöndürənlər yaxınlaşa bilmir, uzaqdan vurur. Obyektlər suyun içində, mallar suyun içində, yananlar yanıb. Ziyan böyükdür".

Yanğın zamanı mərkəzi bazarın qarşısında vətəndaşlara məxsus bir-birinə bitişik tikilən ümumi sahəsi 242 kvadratmetr olan 4 mağazanın yanar konstruksiyaları 170 kvadratmetr sahədə yanıb. Mağaza sahiblərinə ciddi zərər dəyib.

Bəşir Hüseynov - Zərərçəkən: "İşə gəlirdim. Zəng elədilər ki, hardasan, tez gəl obyekt yanır. Toyuqlarım yanıb, kül olub hamısı".

Hadisə yerinə FHN-nin Xaçmaz dövlət yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Ərazidəki bitişik mağazalar və bazar yanğından mühafizə edilib. Hadisənin dəqiq baş vermə səbəbi araşdırmalardan sonra məlum olacaq.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR