Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO

Avropa Olimpiya festivalında iştirak edən idmançılarımızla Olimpiya kəndində görüş keçirilib - FOTO
22:37 24 İyul 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Ağacan Abiyev və baş katibin müavini Azər Əliyev Yeniyetmələrin Avropa Olimpiya Festivalında iştirak edən idmançılarımızla görüşüblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Macarıstanın Gyor şəhərində idmançılarımızın məskunlaşdıqları Olimpiya kəndinə gələn MOK-un rəsmiləri atletlərin, məşqçilərin və nümayəndə heyətinin Olimpiya kəndindəki şəraiti ilə maraqlanıb, yarışlara hazırlıqla bağlı məlumatları dinləyib və idmançılarımızın qidalandıqları yeməkxanaya baş çəkiblər.

Səmimi şəraitdə keçən görüşdə Ağacan Abiyev ölkəmizdə idmanın və Olimpiya hərəkatının inkişafına dövlətimiz tərəfindən göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, beynəlxalq yarışlarda Azərbaycan atletlərinin qazandıqları uğurların yeniyetmə idmançılarımız üçün nümunə olduğunu və onların da Avropa Olimpiya Festivalında uğurlu nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Görüşün sonunda idmançılarla xatirə şəkili çəkdirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR