"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"

"Azərbaycan yük daşınmaları sahəsində mühüm ölkədir"
22:42 24 İyul 2017
110 Ölkə
Ölkə mətbuatı
A- A+

ABŞ Azərbaycan dövlətçiliyini və ölkədə rifahın yüksəldilməsi istiqamətində görülən işləri dəstəkləyib və dəstəkləməkdə davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi Uilyam Solley iyulun 24-də "Pasportların yoxlanılması proseduru üzrə metodik vəsait"in ikinci nəşrinin təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.

Uilyam Solley qeyd edib ki, Azərbaycan yük daşınmaları və sərhədlərin etibarlı mühafizəsi baxımından mühüm ölkədir. ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə birgə həyata keçirilən layihə çərçivəsində "Pasportların yoxlanılması proseduru üzrə metodik vəsait"in dərc olunması mühüm əhəmiyyətə malikdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR