"Panatinaikos"un gündəmindəki futbolçular...

"Panatinaikos"un gündəmindəki futbolçular...
23:05 24 İyul 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos" heyətini gücləndirmək niyyətindədi.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi daha 2 oyunçu ilə yaxından maraqlanır.

Argentina millisinin sabiq üzvü Maksi Lopeslə danışıqlar aparan afinalılar müdafiə və hücumun cinahları üçün alınacaq futbolçuları da müəyyənləşdiriblər. Belə ki, rəhbərlik "Kan"ın sol cinah müdafiəçisi Vinsen Bessat və "Olborq"un hücumçusu Tomas Enevoldseni transfer etməyə çalışır. Klub hər iki oyunçu ilə bu həftə münasibətləri rəsmiləşdirmək üçün danışıqları intensivləşdirib.

Qeyd edək ki, "Qəbələ" ilə "Panatinaikos" arasında ilk oyun iyulun 27-də Afinada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566161.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR