"Barselona"nın planı baş tutmadı

"Barselona"nın planı baş tutmadı
23:22 24 İyul 2017
125 İdman
Ölkə mətbuatı
A- A+

"Barselona" Braziliya millisinin üzvü Paulinyonu transfer etmək istəsə də, planı baş tutmadı. "Guangzhou Evergrande" onu buraxmaq fikrində olmadığından transfer də çətinə düşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Paulinyonun özü də katalon klubunda oynamaq arzusundadır. Bu, növbəti yay baş verə bilər. Hazırda futbolçunun agenti çinliləri yola gətirməyə çalışır.

"Barselona" indiyə kimi Quançjou təmsilçisinə 2 təklif göndərib. "Guangzhou" braziliyalı yarımmüdafiəçiyə görə 40 milyon avro tələb edir. "Barselona" isə 25 milyon avro ödəməyə hazırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR