Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"
23:37 24 İyul 2017
155 Dünya
Ölkə mətbuatı
A- A+

"İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. "Əl-Aksa" məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir", deyə Ərdoğan bildirib.
 
Qeyd edək ki, iyulun 14-də Qüdsdə "Əl-Aksa" məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti "Əl-Aksa" məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR