Hamamda halı pisləşdi, öldü

Hamamda halı pisləşdi, öldü
23:54 24 İyul 2017
150 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda hamamda halı pisləşən 61 yaşlı  kişi xəstəxanada ölüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Sütəmordov kəndində qeydə alınıb.

 

Kənd sakini, 1956-cı il təvəllüdlü Marif Kamal oğlu Quliyev hamamda çimərkən qəfil halı pisləşib. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

 

Həkimlərin səylərinə baxmayaraq, M.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, həyatını itirən kişi ürək çatışmamazlığından əziyyət çəkirmiş.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279883

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR