Sorensen karyerasını başa vurdu

Sorensen karyerasını başa vurdu
00:05 25 İyul 2017
149 İdman
Ölkə mətbuatı
A- A+

Danimarka millisinin sabiq qapıçısı Tomas Sorensen karyerasını başa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 41 yaşlı qolkiper butslarını mismardan asdığını elan edib. O, son olaraq Avstraliyanın "Melbourne City" klubunda çıxış edirdi.

"Karyeram və uğurlarım barədə düşünəndən sonra bu qərarı verdim. Mənə dəstək verən hər kəsə, xüsusilə həyat yoldaşım və uşaqlarıma minnətdaram" - Sorensen deyib.

O, Danimarka millisində 101 oyun keçirib. Klub səviyyəsində təcrübəli əlcək ustası "Aston Villa", "Stoke City" və "Sunderland"in də qapısını qoruyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR