Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb
00:05 25 İyul 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda hamamda halı pisləşən 61 yaşlı kişi xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəranın Sütəmordov kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Marif Kamal oğlu Quliyev hamamda çimərkən qəfil halı pisləşib. O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.
 
Həkimlərin səylərinə baxmayaraq, M.Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Yaxınlarının sözlərinə görə, həyatını itirən kişi ürək çatışmamazlığından əziyyət çəkirmiş.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/566304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR