Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir”

Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir”
00:28 25 İyul 2017
33 Dünya
Ölkə mətbuatı
A- A+

"İsrail hökumətinin Qüdsdə tətbiq etdiyi məhdudiyyətlər qəbuledilməzdir”.

APA-nın verdiyi xəbərə görə, bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

"İbadətə gələn müsəlmanları terrorçularla eyni tutmaq böyük yanlışlıqdır. Bu vəziyyəti yalnız gərginləşdirir, həmçinin bütün bölgəyə zərər verir. “Əl-Aksa” məscidi bütün müsəlmanların göz bəbəyidir. İsrail atdığı addımlarla səhvə yol verir və yalnızlığa gedir”, deyə Ərdoğan bildirib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Aksa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, bir polis yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Aksa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR