Bakıda avtobus hasara çırpıldı, xəsarət alan var

Bakıda avtobus hasara çırpıldı, xəsarət alan var
01:39 25 İyul 2017
34 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

 

32 saylı marşrut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü işdən sonra avtobusu qaraja apararkən Süleyman Əhmədov küçəsində idarəetməni itirib. Nəticədə avtobus zavodlardan birinin hasarına və neft borularının dayağına çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü xəsarət alıb və xəstəxanaya aparılıb.

 

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. İdarədən APA-ya verilən məlumata görə, qəza zamanı avtobusda sərnişin olmayıb. 32 saylı marşrutun daşıyıcısı bildirib ki, avtobus avtoyuma məntəqəsindən qayıdırmış.

 

Qəza nəticəsində avtobusa ciddi ziyan dəyib, eləcə də, zavodun hasarı və boruların dayağı zədələnib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/279886

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR