Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb

Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb
08:42 25 İyul 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Abşeron sakini evdən bayıra çağırılaraq bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü Hüseynbalayev Vasif İdris oğlu yaşadığı Masazır qəsəbəsindəki evində telefonuna zəng gəlib. O, tanımadığı şəxslə Xırdalan şəhəri , 28-ci məhəllədə həmsöhbət olub. V.Hüseynbalayevlə tanımadığı şəxs arasında mübahisə düşüb. Nəticədə o, bıçaqlanıb. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onu cərrahi əməliyyat edib. Növbətçi cərrah Bəhram Zeynalov "Report"a müsahibəsində bildirib ki, bıçaq zərbəsi V.Hüseynbalayevin ürək nahiyyəsinə yaxın olub. Həyati təhlükə olmayıb. Ancaq onun vəziyyəti orta-ağır kimi qiymətləndirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır. Hazırda cinayət hadisəsini törədən şəxs axtarılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/566338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR