Xilasediciləri barmaq izi ilə çağırın

Xilasediciləri barmaq izi ilə çağırın
08:57 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Apple" istifadəçiləri xilasetmə xidmətini barmaq izi ilə gizli şəkildə çağıra biləcəklər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Apple" şirkəti bu prosedurun patentini əldə edib.
 
Əgər 911 xidmətini yığmaq mümkün deyilsə, o zaman bu üsul qaçılmaz olacaq. "Əgər insan cinayətkarın baxışları altındadırsa, barmağını ekranda müəyyən ardıcıllıqla və təzyiqlə gəzdirdikdə, kömək çağıra bilər" - deyə "Apple"in patentlə bağlı açıqlamasında bildirilir.
 
Qeyd olunur ki, funksiya sistemə giriş parollarından yan keçməklə proqramlaşdırıla, istifadəçinin yeri barədə müvafiq orqanları məlumatlandıra, "iPhone"dan avtomatik olaraq səs və ya video göndərə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/565739.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR