“Amazon”da video yazan eynəklər satışa çıxarıldı

“Amazon”da video yazan eynəklər satışa çıxarıldı
09:05 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

"Amazon" onlayn mağazasında videoyazı funksiyası olan eynəklər satışa çıxarılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "Snap's Spectacles" eynəkləri hər iki şüşəsində video yazmaq imkanında olan unikal kamera ilə təchiz edilib.

Bu möcüzəvi texnikanı "Snap" şirkəti istehsal edir. Ötən payız bu eynəklər ictimaiyyətə təqdim edilib və o zamandan bəri onun ətrafında ajiotaj səngimir.

Eynəklər qeyri-müəyyən zamanda 30 saniyəlik videolar yazır və özləri nə zaman yazmaq lazım olduğunu seçirlər. Çəkilən materiallara sonradan öz smartfonunda baxmaq mümkündür.

"Amazon"da bu eynək 130 dollara satılır. Onlar üç rəngdə - göy, qırmızı və qara rənglərdə təqdim olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/565732.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR