Yaponiyada İSTİ 6 nəfəri öldürdü

Yaponiyada İSTİ 6 nəfəri öldürdü
09:37 25 İyul 2017
63 Dünya
Ölkə mətbuatı
A- A+

Yaponiyada kəskin istilər səbəbindən 6 nəfər dünyasını dəyişib, təxminən 6 mindən çox adam isə xəstəxanalara yerləşdirlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təcili-tibbi yardım xəstəxanalara yerləşdirilənlərin yarıdan çoxunun yaşının 60-dan yuxarı olduğunu qeyd edib.

İstilər daha çox müşahidə edilən ərazilər isə Tokio ətrafı, Osaka, Xyoqo, Saitama, Fukuoka, Aiti, eləcə də Xokkaydo adaları olub.

Meteoroloqlar isti havanın hələ yaxın günlərdə də davam edəcəyini bildiriblər. Əhaliyə açıq havada çox qalmamaq, daim sərinləşdirici içki, su qəbul etmək və kondisionerli məkanda olmaq tövsiyə edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566354.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR