Samuxda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib

Samuxda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib
09:52 25 İyul 2017
90 Ölkə
Ölkə mətbuatı
A- A+

Samux. 25 iyul. REPORT.AZ/ Samux rayonunda qayınanası və əri tərəfindən döyülərək təhqir olunan gəlin intihara cəhd edib.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində baş verib. 
Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü P.İ qayınanası və əri tərəfindən döyülüb, daha sonra saçı qırxılıb. Əsəbi halda olan gəlin siçan dərmanı içərək intihara cəhd edib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadın hazırda reanimasiya şöbəsində müalicə olunur.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/samuxda-qaynanasi-ve-eri-terefinden-doyulerek-tehqir-olunan-gelin-intihara-cehd-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR