Xaçmazda aptek və ev yandı

Xaçmazda aptek və ev yandı
09:52 25 İyul 2017
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Xaçmaz şəhərində ötən gecə 2 yanğın hadisəsi baş verib.

Milli.Az FHN-ə istinadən xəb\r verir ki, şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan əczəxananın lambirdən ibarət tavanı yanıb.

Əczəxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Xaçmaz şəhərində vətəndaşa məxsus evdə baş verib. Ümumi sahəsi 208 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə və evə bitişik ümumi sahəsi 50 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR