Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM - FOTO

Pomidorun qiymətinin artmaması üçün hökumətdən QƏRİBƏ ADDIM - FOTO
10:23 25 İyul 2017
72 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistanın Madya Pradeş əyalətində pomidorun qiyməti sürətlə artmaqdadır. Bu məhsulu almağa maddi imkanı çatmayan əhali isə bazarlardan oğurluq etməyə başlayıb.

Publika.az xəbər verir ki, dövlət pomidor oğurluğunun qarşısını almaq üçün tərəvəz piştaxtalarına silahlı mühafizəçi təyin edib.

Əslində Madya Pradeşdə bu il pomidor istehsalı çox yüksək olub. İstehsalın bolluğu səbəbilə qiymətlər də aşağı düşüb. Buna görə bir çox fermer satılmayan məhsullarını çölə tökməyə məcbur olub.

Ancaq pomidorun mövsümünün keçməsi və şiddətli yağışların məhsul tarlalarına zərər verməsi səbəbilə məhsul qıtlığı yaşanıb və bu ay qiymətlər sürətlə qalxıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/207405.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR