"Əkizlərimi çətinliklə dünyaya gətirdim" - Ruhi

"Əkizlərimi çətinliklə dünyaya gətirdim" - Ruhi
10:27 25 İyul 2017
104 Şou
Ölkə mətbuatı
A- A+

"Ana olana qədər xoşbəxtliyim bütöv deyildi. Təbii ki sevib-sevilirdim. Dəyərli insandan özü boyda dəyər alırdım, o öz yerində".

Milli.Az bildirir ki, Ruhi Əliyeva bu sözləri İnstagram-dakı hesabında yazıb. Müğənni əkizlərinin doğulmasının həyatını dəyişdiyini deyib.

"Bir qadın olaraq məndə tamamlanmayan bir hiss var idi - analıq hissi. Məhz ana olandan sonra dünyanın ən xoşbəxt qadını oldum! 

Uşaqlarımı çox çətinliklə dünyaya gətirdim. Yaşanan hər ağrı-acıya baxmayraaq, yaşadığım hiss o qədər güclü idi ki, mənə heç bir qüvvə qalib gələ bilməzdi.

Övladlarım həyatımı tamamilə dəyişdi. Hər gün bir başqa Ruhi olduğumu anladım. Daha həssas, kövrək oldum, bəlkə də... Onlar mənim duyğularımı gözəlləşdirdi, hisslərimi daha da saf etdi.

Mən təsəvvür belə etmirdim ana övladına bu cür yanaşa bilərmiş. İçimdə izaholunmaz, möhtəşəm bir duyğu var. Bütün ana olmayan qadınlara yaşadığım bu müdhiş hissləri arzu edirəm. Ana olmadan bunları dadmaq mümkünsüzdür.

Bu gün ona görə xoşbəxtəm ki, Məhəmməd və Həsənin anasıyam. Şükür edirəm ki, bu gün sağlam, savadlı, yaşından asılı olmayaraq, böyük dərrakəli iki oğul anasıyam. Allahımdan çox razıyam. Mənə hər şeyi gec nəsib etsə də, təməlli, möhkəm verir!

Rəbbim sevimli bəndələrini sınağa çəkir, deyirlər. Mən də Allahın sevimli bəndəsiyəm, bəlkə də... Çünki hər şeyi əziyyətlə əldə etmişəm. 

Bu gün övladlarımın doğum günüdür. Həyatdakı bütün arzularım onlarla bağlıdır. Sağlam, savadlı şəxsiyyət olmalarını gözləyirəm. Valideynlərinə, vətəninə, millətinə layiqli övlad olacaqlarına ümidim böyükdür! İnşallah, Məhəmməd və Həsən insansevər, vətənpərvər olarlar. Onların yüksək təhsilə sahiblənməsi üçün əlimdən gələni edirəm. İnşallah, daima başımızı uca edərlər".

Nəcəf Samiroğlu

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/566379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR