Ceyms Uorlik: "ABŞ-ın yeni səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib"

Ceyms Uorlik: "ABŞ-ın yeni səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib"
18:07 8 Yanvar 2015
123 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 18:00 ]


Bakı. Anaxanım Hidayətova - APA. ABŞ-ın yeni təyin edilmiş səfiri Robert Sekutanın Azərbaycana gələcəyi dəqiq tarix hələ dəqiqləşməyib.

 

Bunu APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

 

“Dəqiq tarix məlum olan kimi biz bunu elan edəcəyik” - deyə diplomat vurğulayıb.

 

Xatırladaq ki, 2014-cü il iyulun 8-də Prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. Ötən il dekabrın 17-də isə ABŞ Senatı Robert Frensis Sekutanın Azərbaycana səfir təyinatını təsdiqləyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR