Super Liqa klubundan millimizin üzvünə təklif - 500 min avro

Super Liqa klubundan millimizin üzvünə təklif -   500 min avro
10:57 25 İyul 2017
57 İdman
Ölkə mətbuatı
A- A+

"Barsaspor"da çıxış edən milli komandamızın üzvü Dəniz Yılmaz Super Liqanın debütantından transfer təklifi alıb. Fanat.Az xəbər verir ki, futbolçumuzu "Yeni Malatyaspor" klubu heyətinə qatmaq istəyir.


Artıq Malatya təmsilçisi "Bursaspor"a rəsmi təkliflə müraciət edib. Bursalılar futbolçumuz üçün qarşı tərəfdən 500 min avro istəyib. "Yeni Malatyaspor" bu məbləği bir qədər aşağı salmağa çalışır və tərəflər arasında müzakirələr davam edir.


Qeyd edək ki, Dəniz Yılmaz "Bursaspor"a 2016-cı ildə "Trabzonspor"dan transfer olunub. O, ötən mövsümün sonlarında komandadan kənarlaşdırılsa da, yeni baş məşqçi Paul Le Quen tərəfindən heyətə qaytarılıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-super-liqa-klubundan-millimizin-uzvun-tklif-t59505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR