"Qarabağ" "Şerif" önünə "7" ilə çıxır

"Qarabağ" "Şerif" önünə "7" ilə çıxır
11:37 25 İyul 2017
67 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununda Moldova "Şerif"ini qəbul edəcək "Qarabağ" ev matçına uğurlu seriya ilə çıxacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi öz meydanında keçirdiyi görüşləri qolsuz tərk etmir.

Qurban Qurbanovun yetirmələri son 7 görüşdə rəqib qapısına yol tapıb. Doğma azarkeşlər önündə sonuncu qolsuz matç 2015/16 mövsümünə təsadüf edib.

Həmin vaxt qrup mərhələsinin "Tottenhem"lə son ev oyunu qonaqlara 1:0 hesablı qələbə qazandırıb. Bundan sonrakı 7 qarşılaşmada isə qonaqlar quru oyuna həsrət qalıb.
 
Ötən mövsümün 6 görüşündə 11 dəfə fərqlənən "Qarabağ" bu il "Samtredia"nı 5 qola qonaq edib. 7 görüşdəki 16 topdan 8-i Çempionlar Liqası, 8-i Avropa Liqasında vurulub. 7 oyundan 3-ü qitənin ən nüfuzlu klub turnirində baş tutub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/566408.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR