Göygöldə yarım ton narkotik məhv edildi - FOTO

Göygöldə yarım ton narkotik məhv edildi - FOTO
11:37 25 İyul 2017
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə "Xaş-Xaş 2017" kompleks tədbirlər planına uyğun olaraq çəkisi 497 kiloqram olan 1132 ədəd yabanı halda bitən çətənə kolları aşkar olunaraq məhv edilib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində "Xaş-Xaş 2017" kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.

Göygöl Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilərək məhv edilməsinə başlanılıb.

Həyata keçirilən kompleks yoxlama və əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl rayonu Topalhəsənli kəndindəki torpaq sahələrindən ümumi çəkisi 497 kiloqram olan 1132 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin çətənə kolları Göygöl RPŞ əməkdaşları tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.

Göygöl RPŞ-də qeyd edilən faktla bağlı başlanan təhqiqat araşdırmaları davam etdirilir.

Qeyd edək ki, yabanı halda bitən narkotik xassəli bitkilərə qarşı mübarizənin daha da genişləndirilməsi, həmin kolların ayrı-ayrı cinayətkar ünsürlərin əlinə keçməsinin qarşısını vaxtında alınması və yerinin müəyyən edilərək məhv edilməsində polis əməkdaşlarına paytaxt, eləcə də bölgələrdə yaşayan vətəndaşlar da yaxından köməklik göstərməlidirlər. Yabanı şəkildə bitən narkotik tərkibli kolların yeri haqqında məlumatı olan şəxslər bu barədə yaxınlıqdakı polis orqanlarına və ya DİN-in "102" Zəng Mərkəzinə məlumat verə bilərlər.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566417.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR