Azərbaycanlı şagird ermənini belə pərt etdi - VİDEO

Azərbaycanlı şagird ermənini belə pərt etdi - VİDEO
11:47 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı və erməni yarışmaçı arasında maraqlı hadisə baş verib.

Milli.Az missiya.az-a istinadən xəbər verir ki, yarış qalibləri mükafatlandırılan zaman erməni və azərbaycanlı şagird ardıcıllıqla səhnəyə dəvət olunub.

Yarışmanın qaydalarına görə, hər şagird səhnəyə çıxarkən, öz ölkəsinin bayrağını nümayiş etdirməlidir. Bütün yarışmaçılar kimi azərbaycanlı şagird də bayrağımızı nümayiş etdirib. Azərbaycanlı şagirdin ardınca isə erməni yarışmaçı səhnəyə dəvət olunub. Sıralamaya əsasən azərbaycanlı və erməni yarışmaçı yanaşı dayanmalı olub. Amma bir neçə saniyə keçməmiş azərbaycanlı şagird ermənini pərt edib. O, Azərbaycan və Ermənistan bayraqlarının yanaşı dayanmasına imkan verməyib və yerini dəyişib. Şagirdin bu addımı zalda böyük coşquya səbəb olub.

Qeyd edək ki, Azərbaycan 49-cu Beynəlxalq Kimya Olimpiadasında 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanlı şagird ermənini belə pərt etdi


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/566414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR