Bakıda iki küçənin kəsişməsində yerləşən son dayanacağın yeri dəyişir

Bakıda iki küçənin kəsişməsində yerləşən son dayanacağın yeri dəyişir
11:57 25 İyul 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Bakı şəhərinin Bakıxanov qəsəbəsində Səmədbəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir. Bu barədə Bakı Nəqliyyat Agentliyindən "Report"a daxil olan məlumatda bildirilib.
"Dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri əsasında qəbul edilib. Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə, Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcək", - deyə məlumatda əlavə edilib.
Qeyd edək ki, ilkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/bakida-iki-kucenin-kesismesinde-yerlesen-son-dayanacagin-yeri-deyisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR