Baş Prokurorluq valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha məsuliyyətli olmalarını tövsiyə edib

Baş Prokurorluq valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha məsuliyyətli olmalarını tövsiyə edib
12:07 25 İyul 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 iyul. REPORT.AZ/ Son vaxtlar bəzi valideynlərin diqqətsizliyi və səhlənkarlığı ucbatından azyaşlı övladlarının nəzarətsiz qalmaları nəticəsində yaşadıqları mənzilin eyvan və pəncərələrindən yıxılaraq vəfat etməsi hadisələrinin sayının artması ictimaiyyəti ciddi narahat edir.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"a bildirilib ki, iyulun 22-də, saat 15 radələrində paytaxtın Binəqədi rayonunda, 2016-cı il təvəllüdlü Əmənova Rüqayyə Elnur qızı anasının nəzarətsizliyi səbəbindən yaşadığı çoxmərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılaraq aldığı xəsarətlərlə bağlı xəstəxanaya yerləşdirilib və iyulun 24-də orada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Ailə faciəsinə səbəb olan belə bədbəxt hadisələrin təkrarlanmaması üçün valideynlərə xüsusən azyaşlı övladlarına qarşı daha diqqətli və məsuliyyətli olmaları tövsiyə edilir.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bas-prokurorluq-valideynlere-xususen-azyasli-ovladlarina-qarsi-daha-mesuliyyetli-olmalarini-tovsiye

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR