24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.
Bakı Nəqliyyat Agentliyindən Publika.az-a
verilən məlumata görə, dəyişiklik edilməsi ilə bağlı qərar Sakit
Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin
Agentliyə ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib.
Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə
avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə
Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər.
Məlumat üçün onu da qeyd edək ki, ilkin mərhələdə 24 nömrəli
marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş
sxem üzə hərəkət edəcəklər.