Bakıda bu avtobusun son dayanacağının yeri dəyişdi - FOTO

Bakıda bu avtobusun son dayanacağının yeri dəyişdi - FOTO
12:22 25 İyul 2017
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 24 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların Bakıxanov qəsəbəsi Səməd bəy Mehmandarov və Sülh küçələrinin kəsişməsində yerləşən son dayanacaq məntəqəsi dəyişdirilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, dəyişiklik edilməsi ilə bağlı qərar Sakit Qocayev, Ruhulla Axundov, Mahir Əmirov küçələrinin sakinlərinin Agentliyə ünvanladığı çox saylı müraciətləri əsasında qəbul edilib.

Dəyişikliyə əsasən, 24 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Sakit Qocayev, Ruhulla Axundov küçələrindən keçməklə Mahir Əmirov küçəsinədək və əks istiqamətdə hərəkət edəcəklər.

Məlumat üçün onu da qeyd edək ki, ilkin mərhələdə 24 nömrəli marşrut xətti üzə avtobuslar 10 günlük sınaq rejimində yenilənmiş sxem üzə hərəkət edəcəklər.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/566434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR