İçi sərnişinlə dolu təyyarə yandı

İçi sərnişinlə dolu təyyarə yandı
12:32 25 İyul 2017
65 Dünya
Ölkə mətbuatı
A- A+

Yakutiyada An-24 sərnişin təyyarəsi yanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yanğın təyyarənin sağ mühərrikində başlayıb. Respublikanın Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, təyyarənin mühərriki Tiksi aerodromunda uçuş-eniş zolağında alışıb.

İnsident baş verən zaman təyyarədə 37-si sərnişin olmaqla 43 nəfərin olduğu bildirilib. Xəsarət alan olmayıb.

Yanğın dərhal söndürülüb. Sərnişinlər başqa təyyarə ilə Tiksidən Yakutska yola salınacaqlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/566445.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR